Skip Navigation

COLGATE-PALMOLIVE ŞİRKƏTİNİN QLOBAL MƏXFİLİK SİYASƏTİ

Son yenilənmə: Yanvar 2024

Colgate-Palmolive şirkəti və onun törəmə şirkətləri və filialları ("Colgate" və ya "biz" və ya "bizim", yaxud "bizə") məxfiliyinizə hörmətlə yanaşır və sizinlə olan münasibətinə yüksək dəyər verir. Bu səbəbdən Şəxsi məlumatlarınızla məsuliyyətli şəkildə (aşağıda müəyyən edildiyi kimi) davranır və Şəxsi məlumatlarınızı necə topladığımızı, istifadə etdiyimizi, açıqladığımızı və qoruduğumuzu bilməyinizi istəyirik. Bu Məxfilik siyasətində Şəxsi məlumatlarınızla bağlı bizim qaydalarımız və sizin hüquqlarınız təsvir olunur.

Həmçinin bu Məxfilik siyasətində diş həkimləri, kosmetoloqlar, baytarlar və tələbələr, habelə səhiyyə mütəxəssisləri kimi peşəkarlara ("Peşəkarlar") peşəyönümlü xidmətlər ("Peşəkar xidmətləri") göstərmək üçün onlar barədə topladığımız Şəxsi məlumatlarla davranış üsullarımız təsvir olunur.

Bu Məxfilik siyasətində biz veb-saytlarımız, tətbiqlərimiz, cihazlarımız, sosial şəbəkələrdəki səhifələrimiz, e-poçtlarımız, reklamlarımız, məhsul tövsiyələrimiz, oflayn əməliyyatlarımız və peşəkar xidmətlərimizi ümumilikdə "Xidmətlər" adlandırırıq. Müəyyən Xidmətlər və ya təkliflərlə əlaqədar əlavə bildirişlər göndərə bilərik.

ŞƏXSİ MƏLUMAT NƏDİR?

Şəxsi məlumatlar kimliyinizi müəyyən edən, təsvir edən və ya əsaslı şəkildə sizinlə əlaqələndirilə bilən məlumatlardır. Bu, ad və e-poçt ünvanı kimi məlumatları ehtiva edir və bura aşağıda təsvir olunduğu kimi digər eyniləşdirmə məlumatları da daxil ola bilər.

HANSI ŞƏXSİ MƏLUMATLARI TOPLAYIRIQ?

Xidmətlərimizlə interaksiyanız zamanı aşağıdakı kateqoriyalara aid Şəxsi məlumatları toplaya bilərik. Bu kateqoriyaların hamısı bizimlə interaksiyanıza tətbiq edilməyə bilər, lakin bu siyasətdə kateqoriyalara və mümkün interaksiyalara ümumi baxışı təmin edir.

  • Eyniləşdirmə məlumatları

    Məsələn: ad, poçt ünvanı, e-poçt ünvanı, İnternet protokolu (IP) ünvanı, cihaz identifikatorları, sosial mediada istifadəçi adı/ləqəb, habelə dövlət qeydiyyat nömrələri və cihaz məlumatları.

  • İnternet/Şəbəkə fəaliyyəti

    Məsələn: saytlarımız, tətbiqlərimiz, reklamlarımız və ya başqa media fayllarımızdan istifadəniz.

  • Ticari və ödəniş məlumatları

    Məsələn: satın alınan və ya satın alınması nəzərdə tutulan məhsullar, yaxud xidmətlər və kredit və ya debet kart məlumatları.

  • Məkan məlumatları

    Məsələn: məkanınızı göstərən ümumi məlumat, həmçinin məkanınızı təxmin etməyə və ya müəyyənləşdirməyə imkan verən məlumatlar.

  • İstifadəçi tərəfindən yaradılan məzmun

    Məsələn: bizimlə yazışmalarınız və sosial şəbəkələr vasitəsilə təqdim etdiyiniz məzmun, şərhlər, rəylər, istifadəçi rəyi, icmallar və sorğulara cavablarınız.

  • Audio/Vizual məlumatlar

    Məsələn: Bizimlə paylaşdığınız fotoşəkillər, təsvirlər və videolar, İstehlakçılarla iş şöbəsi ilə interaksiyanız zamanı keyfiyyətə nəzarət və təhlil məqsədilə qeydə alınmış səsli mesajlar və ya zənglər, həmçinin obyektlərimizdəki videonəzarət sistemləri vasitəsilə aparılan videoçəkilişlər.

  • Demoqrafik məlumatlar

    Məsələn: yaş, gender, ailə vəziyyəti və ailə barədə başqa məlumatlar.

  • Fiziki xüsusiyyətlər

    Məsələn: dəri tipi, diş rəngi, göz rəngi və ya bizimlə paylaşdığınız başqa profil məlumatları.

  • Sağlamlıq məlumatları

    Məsələn: sağlamlıqla bağlı məqsədləriniz, tibbi vəziyyətiniz və ya Xidmətlərimizdən istifadənizlə əlaqədar olaraq bizə təqdim etdiyiniz başqa məlumatlar.

  • Nəticələr

    Məsələn: məhsul və Xidmətlərə marağınızı qiymətləndirmək üçün yuxarıda təsvir olunan məlumatlar əsasında çıxarılan nəticələr.

  • Həssas şəxsi məlumatlar

    Həssas şəxsi məlumatları yalnız razılığınızla və sadəcə icazə verdiyiniz məqsədlər üçün toplayırıq.

ŞƏXSİ MƏLUMATLARI NECƏ TOPLAYIRIQ?

Biz və adımızdan çıxış edən səlahiyyətli üçüncü tərəf xidmət təminatçıları şəxsi məlumatları aşağıdakılar daxil olmaqla müxtəlif yollarla toplayırıq:

  • Xidmətlər vasitəsilə

    Şəxsi məlumatları Xidmətlər vasitəsilə, məsələn, siz xəbərlərin göndərilməsinə abunə olanda, hesabınızı qeydiyyatdan keçirəndə, profil yaradanda, Xidmətlərimizlə tətbiqlər, çatbotlar, sorğular və ya digər funksiyalar vasitəsilə interaksiya quranda və ya alış-veriş edəndə toplayırıq.

  • Oflayn

    Aşağıdakı hallarda Şəxsi məlumatlarınızı oflayn şəkildə toplayırıq:

    • Siz telefonla sifariş verəndə, İstehlakçılarla iş şöbəsi ilə əlaqə saxlayanda və ya başqa hər hansı bir sual ilə bizə müraciət edəndə;
    • Siz sərgidə stendimizi və ya obyektlərimizi ziyarət edəndə;
    • Siz proqramlarımızda və ya tədbirlərimizdə iştirak edəndə və ya sənaye üzrə keçirilən tədbirlərdə məlumatlarınızı təqdim edəndə;
    • Siz oflayn lotereya və ya kampaniyalarda iştirak edəndə;
    • Siz və ya sizin adınızdan çıxış edən başqası məhsullarımızdan biri ilə bağlı arzuolunmaz hadisələr barədə məlumat verəndə.
  • Biznes tərəfdaşlar vasitəsilə

    Müəssisələrlə və digər tərəfdaşlarla əməkdaşlıq edərkən siz və sizin bu müəssisələrlə və digər tərəfdaşlarla interaksiyanız barədə məlumatlar ala bilərik.

  • Sosial media platformalarından

    Sosial şəbəkədəki hesabınızı bizim təklif etdiyimiz hər hansı bir hesabla əlaqələndirsəniz, sosial şəbəkədəki hesabınızdan ad, e-poçt ünvanı, fotolar, sosial şəbəkələrdəki əlaqələrin siyahısı və bizə təqdim edilə bilən (və ya etdiyiniz) digər məlumatlar kimi müəyyən Şəxsi məlumatları bizə təqdim edirsiniz.

  • Başqa mənbələrdən

    Şəxsi məlumatlarınızı aşağıdakılar kimi başqa mənbələrdən əldə edirik:

    • Ümumi məlumat bazaları və mənbələr;
    • Verilənlərin emalı ilə məşğul olan şirkətlər;
    • Marketinq üzrə birgə müəssisə tərəfdaşları;
    • Məhsulla bağlı arzuolunmaz hadisələr barədə bizə məlumat verən üçüncü tərəflər.
  • Kuki faylları və başqa texnologiyalar vasitəsilə

    Siz Xidmətlərimizlə interaksiya edəndə, reklam elanlarına baxanda, göndərdiyimiz elektron məktubları açanda və ya üzərinə klikləyəndə kuki faylları, piksellər, veb-mayaklar və digər izləmə texnologiyaları vasitəsilə avtomatik olaraq müəyyən məlumatları toplayırıq.

    • Brauzeriniz və ya cihazınız vasitəsilə: Müəyyən məlumatlar brauzerlərin əksəriyyəti və ya avtomatik olaraq cihazınız vasitəsilə toplanır: məsələn, Media Access Control (MAC) ünvanınız, kompüterinizin növü (Windows və ya Mac), ekran rezolyusiyası, əməliyyat sisteminin adı və versiyası, cihazın istehsalçısı və modeli, internet brauzerinin dili, növü və versiyası, həmçinin istifadə etdiyiniz Xidmətlərin (məsələn, Tətbiq) adı və versiyası.

    • Tətbiqdən istifadəniz vasitəsilə: Siz Tətbiqi yükləyəndə və istifadə edəndə biz və xidmət təminatçılarımız cihazınızdakı Tətbiqin serverlərimizə daxil olma tarixi və vaxtı, habelə cihazınızın nömrəsi əsasında Tətbiqə hansı məlumatlar və fayllar yükləndiyi kimi Tətbiqdən istifadə məlumatlarını izləyə və toplaya bilərik.

    • Kuki fayllarından istifadə edərək: Kuki faylları birbaşa istifadə etdiyiniz kompüterdə saxlanılan məlumatlardır. Kuki faylları bizə brauzerinizin növü, Xidmətlərə sərf etdiyiniz vaxt, ziyarət edilmiş səhifələr, əlaqəli veb-saytlar və digər trafik məlumatları kimi məlumatları toplamağa imkan verir.

      • Məlumatların kuki faylları vasitəsilə toplanmasını istəmirsinizsə, əksər brauzerlər kuki fayllarını avtomatik olaraq rədd etmək və ya müəyyən veb-saytdan müəyyən kuki faylını (və ya kuki fayllarını) rədd və ya qəbul etmək seçimi verir. Həmçinin http://www.allaboutcookies.org saytına keçə bilərsiniz.Lakin kuki fayllarını qəbul etmədiyiniz halda, Xidmətlərdən istifadə edərkən bəzi narahatlıqlarla qarşılaşa bilərsiniz. Siz həmçinin bizdən maraqlarınıza və ehtiyaclarınıza uyğun reklam və ya digər təkliflər almaya bilərsiniz.

    • Piksel teqləri və digər buna bənzər texnologiyalardan istifadə edərək: Piksel teqləri (həmçinin veb-mayaklar və şəffaf GIF faylları kimi tanınır) başqa hallarla yanaşı, Xidmət istifadəçilərinin (elektron poçt alıcıları da daxil olmaqla) hərəkətlərini izləmək, marketinq kampaniyalarımızın səmərəliliyini qiymətləndirmək və Xidmətlərin istifadəsi və cavab göstəriciləri haqqında statistika toplamaq üçün istifadə edilə bilər.

    • Analitika: Biz başqa bənzər texnologiyalarla yanaşı, Xidmətlərin istifadəsi haqqında məlumat toplamaq və təhlil etmək, həmçinin fəaliyyət və tendensiyalar barədə hesabat vermək üçün kuki fayllarından və oxşar texnologiyalardan istifadə edən Google Analytics-dən istifadə edirik. Bu xidmət digər veb-saytların, tətbiqlərin və onlayn resursların istifadəsi ilə bağlı məlumatları da toplaya bilər. Siz www.google.com/policies/privacy/?partners/ saytına keçərək Google təcrübələri barədə məlumat ala və https://tools.google.com/dlpage/gaoptout saytında əlçatan olan abunəlikdən imtina brauzer əlavəsi olan Google Analytics-i endirməklə onlara abunəliyinizi ləğv edə bilərsiniz.

    • IP ünvanı: IP ünvanınız avtomatik olaraq internet provayderiniz tərəfindən kompüterinizə təyin olunur. IP ünvanı istifadəçi Xidmətlərə hər dəfə giriş əldə etdikdə ziyarət vaxtı və ziyarət səhifələri ilə birlikdə serverimizin jurnal fayllarında müəyyən edilə və avtomatik olaraq qeydiyyata alına bilər. IP ünvanlarının toplanması standart təcrübədir və bir çox veb-saytlar, tətbiqlər və digər xidmətlər tərəfindən avtomatik həyata keçirilir. Biz istifadə səviyyələrinin hesablanması, server problemlərinin diaqnostikası və Xidmətlərin idarə edilməsi kimi məqsədlər üçün IP ünvanlarından istifadə edirik. IP ünvanınız vasitəsilə təxmini məkanınızı da müəyyənləşdirə bilərik.

    • Fiziki məkan: Peyk rabitəsi, mobil rabitə qüllələri və ya Wi-Fi siqnalları vasitəsilə cihazınızın fiziki məkanı haqqında məlumatları toplaya bilərik. Məkanınıza əsasən fərdiləşdirilmiş xidmətlər və məzmun təqdim etmək üçün cihazınızın fiziki məkanından istifadə edə bilərik. Bəzi hallarda sizə cihazınızın məkanı ilə bağlı məlumatlardan bu cür istifadə edilməsinə icazə vermək və ya qadağan etmək seçimi verilə bilər. Bu cür istifadəyə icazə vermədiyiniz halda, sizə müvafiq fərdiləşdirilmiş xidmət və məzmunlar təqdim edə bilməyəcəyik.
  • Kukilər barədə daha ətraflı məlumat

    Kukilər veb-saytı ziyarət edərkən kompüterinizə və ya mobil cihazınıza yüklənən kiçik fayllardır. Adətən hər ardıcıl ziyarətdə kukilər orijinal veb-sayta və ya bu kuki faylını tanıyan başqa bir veb-sayta göndərilir. Kukilər istifadəçinin cihazını tanımağa imkan verdiyi üçün faydalıdır. Kuki veb-brauzerinizə unikal rəqəmli identifikator təyin edir və keçmişdə veb-saytımızı ziyarət edən istifadəçi kimi sizi tanımağımıza və veb-saytdan istifadənizlə haqqınızdakı məlumatları əlaqələndirmək imkanı verir.

    Kukilər bir çox müxtəlif funksiyaları yerinə yetirir; məsələn, səhifələr arasında səmərəli hərəkət etməyə imkan verir, tərcihlərinizi yadda saxlayır və ümumiyyətlə istifadəçi interfeysini yaxşılaşdırır. Onlar həmçinin onlayn gördüyünüz reklamların sizə və maraqlarınıza daha uyğun olmasını təmin etməyə kömək edə bilər.

    Veb-saytlarımızda "mühüm veb-sayt kukiləri", "funksional kukilər", "analitik kukilər" və "reklam kukiləri" daxil olmaqla müxtəlif kuki növlərindən istifadə edilir:

    • Mühüm veb-sayt kukiləri (Colgate-Palmolive-dən): Bu kukilər veb-saytlarımızı ziyarət etmək və funksiyalarından istifadə etmək üçün lazımdır. Bu kukilər marketinq və ya saytımıza ziyarətlərinizi yadda saxlamaq məqsədləri üçün istifadə edilə biləcək məlumatlarınızı toplamır. Bu kukilər çox vaxt müəyyən bir sessiyaya bağlı olur və veb-sayta (sessiya) ziyarətiniz başa çatdıqdan sonra onların da müddəti bitir. Bu kukilər qeyri-aktiv edilə bilməz.

    • Funksional kukilər (Colgate-Palmolive-dən): Bu kukilər veb-saytlarımızda etdiyiniz seçimləri (məsələn, istifadəçi adınızı, dilinizi və ya regionunuzu) yadda saxlamağa və təkmilləşdirilmiş, daha fərdi funksiyalar təqdim etməyə imkan verir. Bu kukilərin topladığı məlumatlar anonimləşdirilə bilər və digər veb-saytlardakı fəaliyyətinizi izləyə bilməz.

    • Analitika kukiləri (üçüncü tərəflərdən): Bu kukilər ziyarətçilərin saytlarımızdan istifadəsi, o cümlədən ziyarətçilərin sayı, onları veb-saytlarımıza yönləndirən veb-saytlar və veb-saytlarımızda ziyarət etdikləri səhifələr barədə məlumat toplamaq üçün istifadə olunur. Biz hesabatlar tərtib etmək və məsələn, ziyarətçilərin saytımızdan necə istifadə etdiklərini anlamaq və istifadəçilərin axtardıqlarını asanlıqla tapmalarını təmin etməklə veb-saytlarımızı yaxşılaşdırmaq üçün bu məlumatdan istifadə edirik. Adətən bu kukilər onları aşağıda təsvir edilən qaydada silənədək kompüterinizdə qalır.

    • Reklam kukiləri (üçüncü tərəflərdən): Bu kukilər istifadəçilərin həm veb-saytlarımızda, həm də onlardan kənarda ziyarət etdikləri veb-saytlar və ayrı-ayrı səhifələr haqqında məlumat toplamaq üçün istifadə olunur (məsələn, bunlar maraqlarınıza və digər atributlara işarə edə bilər). Bu kukilər fərdiləşdirilmiş reklam üçün istifadə edilə bilər. Onlar adətən maraqlarınıza və tərcihlərinizə daha çox uyğun olan fərdiləşdirilmiş reklamlar göstərmək və reklam kampaniyasının səmərəliliyini qiymətləndirmək üçün istifadə olunur. Bu məlumat reklamçılar və tərəfdaşlarımız kimi digər təşkilatlarla paylaşılır və onlar öz növbəsində sizin digər veb-saytlardan necə istifadə etməyinizi, o cümlədən bizim (və digər) veb-saytları ziyarət edən istifadəçi qruplarının ümumi maraqları və davranışlarını müəyyən etmək üçün bu məlumatdan istifadə edə bilər. Adətən bu kukilər onları aşağıda təsvir edilən qaydada silənədək kompüterinizdə qalır.

    Kukilərin idarə edilməsi və silinməsi:

    Saytlarımızı ziyarət edərkən təyin edilən kukilərə nəzarət etmək istəməyinizi anlayırıq. Əksər internet brauzerlərində mövcud olan Kuki tərcihlərimiz və/və ya funksiyalarımızdan istifadə edərək cihazlarınızda kukilərin istifadəsini idarə edə bilərsiniz. Kukiləri istənilən zaman cihazınızın daxili yaddaşından silə bilərsiniz.

    Kukiləri silmək və ya rədd etmək qərarı versəniz, veb-saytlarımızın bütün funksional imkanlarından istifadə edə bilməyəcəyinizi və bizdən əldə etdiyiniz hər hansı kommunikasiyanın sizə əks halda olduğundan daha az uyğun ola biləcəyini nəzərə alın.

    Bir və ya bir neçə kukini qeyri-aktiv edəndə qeyri-aktiv etdiyiniz tərcihin təyin edilməsinə qədər kukilər vasitəsilə toplanan məlumatlardan istifadə etməyə davam edə bilərik. Lakin hər hansı əlavə məlumatın toplanması üçün qeyri-aktiv edilmiş kukidən artıq istifadə etməyəcəyik.

QOŞULMUŞ CİHAZLAR

Biz həmçinin Hum by Colgate diş fırçası və Colgate Connect E1 Smart diş fırçası və Colgate Whitening LED diş bəyazlatma dəsti ("Cihazlar") daxil olmaqla İnternet bağlantısı olan sağlamlıq cihazlarımızla əlaqədar olaraq aşağıdakı yollarla Şəxsi məlumatları toplayır, istifadə edir və açıqlayırıq.

  • Tətbiq vasitəsilə

    Məsələn, siz hesab yaradılması zamanı e-poçt ünvanınızı və ya profil fotonuzu təqdim edəndə. Tətbiqi endirəndə və istifadə edəndə diş fırçanızın seriya nömrəsini, həmçinin oyunlar və istifadə olunan digər funksiyalar kimi Tətbiqdən istifadə məlumatlarını və Tətbiqdən istifadə etdiyiniz tarixlər və vaxtlar barədə məlumatları toplayırıq.

    Məsələn, internet bağlantısı olan diş fırçalarından istifadə edərkən Tətbiqdən necə istifadə olunduğunu, o cümlədən fırçalama texnikasının yaxşılaşdırılmasına hansı funksiyaların və interaksiyaların kömək etdiyini anlamaq və yeni funksiya və oyunlar yaratmaq üçün məsələn, dişlərin fırçalanmasına sərf edilən vaxt, diş fırçalama tezliyi, ağız boşluğunun fırçalanan hissələri və diş fırçasının mövqeyi (oyunla bağlantılı olaraq dişlərinizi fırçaladığınız hallar daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan) daxil olmaqla diş fırçalama prosesiniz barədə məlumat toplayırıq.

  • Sayt vasitəsilə

    Məsələn, siz məhsullar satın alanda, bizimlə çat və ya elektron poçt vasitəsilə əlaqə saxlayanda və ya xəbərlərimizə abunə olanda.

  • Cihazınız vasitəsilə

    Cihaz ID-si, ekran rezolyusiyası, əməliyyat sistemi, cihazın istehsalçısı və modeli, dili, ölkəyə xas standart parametrlər və internet brauzerinin növü və versiyası kimi müəyyən məlumatlar cihazınız və ya brauzeriniz vasitəsilə avtomatik olaraq toplanır. Xidmətlərin lazımi şəkildə işləməsini təmin etmək üçün bu məlumatlardan istifadə edirik. Tətbiq olunan qanunvericiliklə tələb olunduqda sizin (və ya valideyninizin) razılığınızla məlumatlandırıcı bildirişlər göndərmək üçün cihaz ID-dən istifadə edirik.

  • Başqa mənbələrdən

    Məsələn, siz məhsullar satın alanda, bizimlə çat və ya elektron poçt vasitəsilə əlaqə saxlayanda və ya xəbərlərimizə abunə olanda.

Diş fırçalama prosesinizi qiymətləndirmək üçün istifadə olunan texnologiya üzünüzü və diş fırçalama texnikanızı təhlil edən alqoritmləri ehtiva edir və cihazınızda real vaxt rejimində işləyir (və bu səbəbdən bu məlumatlar Colgate şirkəti tərəfindən toplanmır və qeydiyyata alınmır). Biz bu məlumatı cihazınızdan toplamırıq və ona cihazınızdan giriş etmirik, həmçinin bu texnologiyadan kimliyinizi müəyyən etmək üçün istifadə etmirik.

Biz Xidmətlərin funksional imkanlarını təqdim etmək, məsələn, Tətbiqlərimizdən istifadə edəndə fəallığınızın həftəlik xülasəsini təqdim etmək, sizi daha yaxşı anlamaq və maraqlarınıza uyğun məzmun, informasiya və təkliflər təqdim etmək, habelə Xidmətlərin istifadəsini yaxşılaşdıra bilmək üçün bu barədə məlumatı təhlil etmək məqsədilə Şəxsi məlumatlardan istifadə edirik. Şəxsi məlumatlardan necə istifadə etdiyimiz haqqında daha ətraflı məlumat almaq üçün aşağıdakı bölməyə baxın.

ŞƏXSİ MƏLUMATLARDAN NECƏ İSTİFADƏ EDİRİK?

Biz və bizim adımızdan çıxış edən səlahiyyətli üçüncü tərəf xidmət təminatçıları istehlakçılar, ictimaiyyət, Peşəkarlar və pərakəndə müştərilərimizlə interaksiyamız zamanı qanuni işgüzar məqsədlər üçün Şəxsi məlumatlardan istifadə edirik. Aşağıda Şəxsi məlumatlardan necə istifadə etdiyimizə ümumi baxışı təqdim edirik.

  • İSTEHLAKÇILAR VƏ İCTİMAİYYƏTLƏ MÜNASİBƏTLƏR

  • Xidmətlərin göstərilməsi və sorğularınızın cavablandırılması

    • Sizə sistemimizdə yaratdığınız hesaba girişin təşkili kimi xidmətlər göstərmək üçün.
    • Məsələn, bizə suallarınız, təklifləriniz, komplimentləriniz və ya şikayətlərinizi bildirmək üçün onlayn əlaqə formalarımızdan biri, telefon və ya başqa yollar vasitəsilə bizimlə əlaqə saxlayanda suallarınıza və sorğularınıza cavab vermək üçün. 
    • Məsələn, dəriniz və ya ağız boşluğunuza qulluq kimi Şəxsi məlumatlarınızı bizimlə paylaşmağı seçdiyinizdə biz bu məlumatları sizə verdiyimiz bildirişə uyğun olaraq və sizin razılığınızla istifadə edəcəyik.
    • Sizə qaydalarımız, şərtlərimiz və siyasətlərimizdəki dəyişikliklər kimi inzibati məlumatlar göndərmək üçün.
    • Sizə yönləndiricilər və ya "dostuna göndər" funksiyalarından istifadə edərək başqa bir şəxsə mesaj göndərmək icazəsi vermək üçün.
    • Bu funksiyadan istifadə etmək qərarına gəldikdə sosial şəbəkələrdə paylaşım funksiyasından istifadə etmək üçün.
    • Satınalmalarınızı və ya digər əməliyyatlarınızı həyata keçirmək üçün.
    • Sizə müştəri xidməti göstərmək üçün.
  • Bütün Colgate markalı məhsullar və digər marketinq materialları haqqında sizə məlumat verilməsi

    Sizə marketinqlə bağlı e-məktublar, mətn mesajları, məlumatlandırıcı bildirişlər və Colgate markaları çərçivəsində xidmətlər, məhsullar, kampaniyalar, məsləhətlər və tədbirlərimiz barədə məlumatlar, habelə barəmizdə başqa xəbərlər göndərmək üçün.

  • Fərdiləşdirilmiş xidmətlərin göstərilməsi və işgüzar hesabatların hazırlanması

    • Rəqəmsal məzmunumuzdan istifadə tendensiyaları haqqında ümumiləşdirilmiş hesabatlar hazırlamaq məqsədilə tərcihlərinizin təhlili və ya proqnozlaşdırılması üçün.
    • Tərcihlərinizi daha yaxşı anlamaq məqsədilə sizinlə interaksiyamızı fərdiləşdirmək və sizə bütün Colgate markaları barədə maraqlarınıza uyğun məlumat və/və ya təkliflərlə təmin etmək üçün.
    • Reklamlarımızın effektivliyinin qiymətləndirilməsi üçün. 
    • Xidmətlərimiz vasitəsilə sizə maraqlı və uyğun olacağını düşündüyümüz məzmunu təqdim edə bilmək məqsədilə maraqlarınızı daha yaxşı anlamaq üçün.
  • Sizə lotereyalar, müsabiqələr və digər kampaniyalarda iştirak etmək imkanı verilməsi

    Biz sizə lotereyalar, müsabiqələr və ya digər kampaniyalarda iştirak etmək imkanı təklif edə bilərik. Bu kampaniyaların bəzilərində şəxsi məlumatlarınızı necə istifadə edəcəyimizi və açıqlayacağımızı izah edən əlavə qaydalar var.

  • Sizə Colgate Bright Smiles, Bright Futures® proqramında iştirak imkanı verilməsi

    • To administer the program.
    • To ensure that samples are being used appropriately.
  • PEŞƏKARLAR, PƏRAKƏNDƏ MÜŞTƏRİLƏR VƏ BİZNES TƏRƏFDAŞLARI İLƏ MÜNASİBƏTLƏR

Peşəkarlardan, pərakəndə müştərilərdən və biznes tərəfdaşlarımızdan topladığımız məlumatlara aşağıdakılar daxildir: tərcih edilən dil; peşəkar bioqrafiya və təhsil; onlayn mağaza hesabının nömrəsi və ID-si; lisenziyalarınız, ixtisaslarınız, üzvlüyünüz, nəşrləriniz, səlahiyyətləriniz və digər nailiyyətləriniz haqqında məlumatlar; və məhsullarımızın istifadəsi və alınması ilə bağlı məlumatlar, o cümlədən müvafiq olduqda kredit kartı haqqında məlumat, bizimlə interaksiyanız və qayğısına qaldığınız şəxslər üçün xidmətlər. Aşağıda Peşəkarların Şəxsi məlumatlarından necə istifadə etdiyimizə dair ümumi baxışı təqdim edirik.

  • Peşəkar xidmətlərimizlə bağlı sorğuların cavablandırılması

    • Xidmətlərə görə ödəniş edilməsi və ya xərclərin kompensasiyası üçün.
    • Biznesimizlə və ya konfranslarımızla bağlı səfərlərin planlaşdırılmasında köməklik üçün.
    • Sizə sorğu verdiyiniz məhsullar və nümunələri təqdim etmək üçün.
    • Elmi mütəxəssislər və ya peşəkar liderlər kimi peşəkarları müəyyən etmək və onlarla qarşılıqlı əlaqə qurmaq üçün.
    • Peşəkarlarla münasibətlərimizi tənzimləyən müqavilələrin şərt və qaydalarına əməl olunmasını təmin etmək üçün.
  • Peşəkarlarla qarşılıqlı əlaqələrin qurulması

    • Rəqəmsal və ya digər vasitələrlə peşəkar mülahizəniz və rəyləriniz əsasında sizinlə interaksiya üçün.
    • Sizi proqramlara/peşəkarlar qrupuna cəlb etmək üçün. 
    • Məsələn, bizim və ya filialımızın təklif etdiyi məhsul və ya xidmətlərlə bağlı sorğular mövzusunda peşəkar mülahizənizi almaq məqsədilə sizə müraciət etmək üçün. 
    • Tədbirlər, nəşrlər və ya məsləhətçi görüşləri çərçivəsində sizinlə əməkdaşlıq etmək üçün 
    • İnkişaf və təkmilləşdirmə məqsədilə bizim, törəmə şirkətlərimizin və ya biznes tərəfdaşlarımızın təşviq etdiyi məhsul və xidmətlərlə bağlı fikirlərinizi öyrənmək üçün.
  • Peşəkarlara xüsusi proqramlar, tədbirlər və ya kampaniyalarda iştirak etməyə imkan verilməsi

    Bu hallarda biz Peşəkarların Şəxsi məlumatlarından bu xüsusi proqramlar, fəaliyyətlər, tədbirlər və ya kampaniyalar çərçivəsində göstərilənlərdən əlavə yollarla istifadə edə bilərik.

  • Peşəkarlara onlayn mağaza yaratmaq imkanı verilməsi

    Biz Peşəkarlara optimal xidmətlər göstərməyə və məhsullarımıza rahat giriş əldə etməyə kömək edəcək onlayn mağaza yaratmaq imkanı veririk.

  • BAŞQA İSTİFADƏ MƏQSƏDLƏRİ VƏ AÇIQLAMALAR

  • Biznes məqsədlərimizə nail olunması

    • Qüvvədə olan qanun və qaydalara əməl etmək üçün.
    • İctimai və dövlət orqanları ilə əməkdaşlıq etmək üçün.
    • Hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmək üçün.
    • Şəxsi məlumatlarınızın üçüncü tərəfə açıqlanmasında və ya ötürülməsində qanuni marağımız olduqda satış, yenidən təşkilat, birgə müəssisə və ya digər biznes əməliyyatları ilə əlaqədar olaraq.
    • Şərt və qaydalarımıza riayət edilməsini təmin etmək və ya hüquqlarımızın, məxfiliyimizin, təhlükəsizliyimizin və ya mülkiyyətimizin və/və ya törəmə şirkətlərimizin və/və ya filiallarımızın, sizin və ya digər şəxslərin müdafiəsi kimi digər hüquqi səbəblər üçün.
    • Daxili proseslərimizin planlaşdırıldığı kimi işləməsini və hüquqi, normativ və ya müqavilə tələblərinə cavab verməsini təmin etmək məqsədilə audit yoxlaması üçün.
    • Məsələn, kiberhücumların və ya şəxsi məlumatların oğurlanması cəhdlərinin aşkarlanması və qarşısının alınması məqsədilə dələduzluq və təhlükəsizlik hallarının monitorinqi üçün.
    • Artıq heç bir şəxsin kimliyini müəyyən etməməsi məqsədilə Şəxsi məlumat hesab edilməməsi məqsədilə Şəxsi məlumatların aqreqasiyası, deidentifikasiyası və anonimləşdirilməsi üçün. Biz hər hansı məqsəd üçün istifadə edə və açıqlaya biləcəyimiz digər məlumatları əldə etmək üçün bunu edirik.
    • Yeni məhsul və xidmətlərin hazırlanması üçün.
    • Hazırkı məhsul və xidmətləri genişləndirmək, təkmilləşdirmək və ya dəyişdirmək üçün.
    • Məhsullarımızla bağlı arzuolunmaz hadisələri idarə etmək və bildirmək üçün.
    • Məsələn, Xidmətlərimizin hansı hissələrinin istifadəçilər üçün ən çox maraq doğurduğunu anlamaq məqsədilə istifadə tendensiyalarını müəyyənləşdirmək üçün.
    • Reklam kampaniyalarımızı istifadəçilərimizin ehtiyac və maraqlarına uyğunlaşdıra bilmək məqsədilə bu kampaniyaların səmərəliliyini müəyyənləşdirmək üçün.
    • Biznes fəaliyyətimizi həyata keçirmək və genişləndirmək üçün.
    • Korrupsiya ilə mübarizə və şəffaflıqla bağlı öhdəliklərə riayət etmək üçün.
    • Narahatlıq yaradan məsələlərin həllini izləmək və onlara cavab vermək, həmçinin normativ monitorinq və hesabatlaşma, o cümlədən məhsul şikayətləri, məhsul/pasiyent təhlükəsizliyi və bioqrafik məlumatların yoxlanılması ilə bağlı öhdəliklərimizi yerinə yetirmək üçün.
    • Məhsullarımız və xidmətlərimizin Peşəkarlara və onların qayğı göstərdiyi şəxslərə necə təsir etdiyini daha yaxşı anlamaq üçün.

Şəxsi məlumatlarınızın bu cür istifadəsi və açıqlanması yaşadığınız ölkədən kənarda baş verə bilər.

Biz sizinlə münasibətlərimizi idarə etmək, hüquqi öhdəliklərə əməl etmək və ya sizə xidmət göstərmək, sizinlə olan müqaviləni icra etmək üçün bu fəaliyyət növlərini həyata keçirir və şəxsi məlumatlarınızı emal edirik (bu cür emal üçün razılığınız olduqda və ya bu, qanuni maraqlarımıza uyğun olduqda və məlumatların qorunması sahəsindəki maraqlarınıza və ya əsas hüquqlarınıza zidd olmadıqda).

Colgate sizə aid Şəxsi məlumatları ödəniş qarşılığında satmır və mübadilə etmir. Colgate-in şəxsi məlumatlarınızı üçüncü tərəflərə necə açıqlaya biləcəyi, eləcə də sizin üçün mövcud olan məhdudlaşdırma və ya bu açıqlamanın dayandırılması seçimləri haqqında əlavə məlumatlar üçün "Şəxsi məlumatların açıqlanması ilə bağlı seçiminiz" bölməsinə baxın.

  • Şəxsi məlumatlarla bağlı stimullaşdırma

Biz Şəxsi məlumatlar müqabilində istehlakçılara və ya Peşəkarlara bonus kartı, endirim və ya kupon kimi maliyyə təşviqi və ya xidmət fərqləri olan proqramlar təklif edə bilərik.  Adınız, e-poçt ünvanınız, tərcihləriniz, təcrübələriniz, Colgate ilə qarşılıqlı əlaqəniz ("İstehlakçı məlumatları") kimi Şəxsi məlumatlarınızı toplaya bilərik.  Bu proqramlarda iştirak edirsinizsə, istənilən vaxt ləğv edə biləcəyinizlə bağlı razılığınızı alacağıq. Nəzərə alın ki, razılığın ləğv edilməsi bu proqramlarda iştirak hüququnuza təsir göstərə bilər.  Qiymətləndirmələrimizə görə istehlakçının məlumatlarının dəyəri kampaniya və ya sorğu ilə əlaqədar sizə təklif etdiyimiz mənfəətin dəyərinə bərabər olub, bu cür mənfəətin təklif edilməsi ilə bağlı xərclərə uyğundur.

ŞƏXSİ MƏLUMATLARI NECƏ AÇIQLAYIRIQ?

  • Şəxsi məlumatları aşağıdakılara açıqlayırıq:

    • Bu Məxfilik siyasətində təsvir olunan məqsədlərlə, o cümlədən sizə fərdiləşdirilmiş marketinq mesajları, məhsullar üzrə təkliflər və kampaniyalar, reklam və Colgate markasının başqa xüsusi seçilmiş məzmunlarını təqdim etmək üçün törəmə şirkətlərimiz, filiallarımız və markalarımızla.

      • Siz törəmə şirkətlərimizin və filiallarımızın adları və məkanı ilə buradan tanış ola bilərsiniz.  Colgate markaları barədə məlumatı buradan əldə edə bilərsiniz.

      • Şəxsi məlumatlarınızı toplayan Colgate-Palmolive törəmə şirkəti və ya filialı sizə dair ötürülən və istifadə olunan Şəxsi məlumatlara görə məsuliyyət daşıyacaq.

    • Bizə xidmət göstərmələri üçün üçüncü tərəf olan xidmət təminatçılarımıza.

      • Bunlara veb-saytların hostinqi, məlumatların təhlili, ödənişlərin emalı, sifarişlərin yerinə yetirilməsi, informasiya texnologiyaları və əlaqədar infrastrukturun təmin edilməsi, müştərilərə xidmət göstərilməsi, elektron məktubların göndərilməsi, audit və digər xidmətlər kimi xidmət təminatçıları daxildir.

    • Sizin seçiminizə uyğun olaraq sizə marketinq mesajları göndərmələrinə icazə vermək üçün üçüncü tərəflərə.

    • Sizin seçiminizə uyğun olaraq lotereyalar, müsabiqələr və bənzər kampaniyaların üçüncü tərəf sponsorlarına.

    • Konkret məhsul və ya xidmətlərlə bağlı əməkdaşlıq etdiyimiz digər şirkətlərə Peşəkar xidmətlərimizin göstərilməsi ilə əlaqədar.

      • Buraya birgə hazırladığımız və/və ya satdığımız məhsulların ümumi təşviqi üzrə tərəfdaşlarımız da aid ola bilər.

    • Xidmətlərdən istifadə etməklə Şəxsi məlumatları da açıqlamağı seçə bilərsiniz.

      • Siz Şəxsi məlumatları reklam lövhələrində, söhbətlərdə, profil səhifələrində, bloqlarda və məlumat və məzmun yerləşdirə bildiyiniz digər xidmətlərdə (Sosial media səhifələri daxil olmaqla, lakin bununla məhdudlaşmadan) açıqlaya bilərsiniz. Nəzərə alın ki, bu xidmətlər vasitəsilə yayımladığınız və ya açıqladığınız hər hansı Şəxsi məlumat ictimaiyyətə yayılacaq və digər istifadəçilər və geniş kütlə üçün əlçatan ola bilər.

    • Siz həmçinin sosial şəbəkələriniz vasitəsilə Şəxsi məlumatları açıqlaya bilərsiniz. Xidmətlərdəki hesabınızı sosial media hesabınızla əlaqələndirəndə sosial media hesabınızla əlaqəli dostlarınızla, digər istifadəçilərinizlə və sosial media hesabının provayderi ilə məlumatları paylaşa bilərsiniz. Beləliklə, siz bizə bu cür məlumat paylaşımını etməyə icazə verir və ümumi məlumatlardan istifadənin sosial media provayderinin məxfilik siyasəti ilə tənzimlənəcəyi ilə razılaşırsınız.
    • Biz sizinlə münasibətlərimizi idarə etmək, hüquqi öhdəliklərə əməl etmək və ya sizə xidmət göstərmək, sizinlə olan müqaviləni icra etmək üçün bu fəaliyyət növlərini həyata keçiririk (bu cür emal qanuni maraqlarımıza uyğun olduqda və məlumatların qorunması sahəsindəki maraqlarınıza və ya əsas hüquqlarınıza zidd olmadıqda və ya sizin razılığınızla olduqda).
    • Reklamlarımız: Biz Xidmətlərə və digər veb-saytlara və ya onlayn xidmətlərə daxil olduğunuz və onlardan istifadə etdiyiniz zaman sizin üçün maraqlı ola biləcək məhsul və xidmətlərlə bağlı reklamları göstərmək məqsədilə üçüncü tərəf reklam şirkətlərinin xidmətindən istifadə edirik.
    • Bu cür reklamlar Xidmətlərimizə, digər veb-saytlarımıza və onlayn xidmətlərimizə cihazlarınızın hər hansı birindən girişiniz və onlardan istifadənizə, habelə üçüncü tərəflərdən əldə edilən məlumatlara əsaslanır. Üçüncü tərəf reklam şirkətləri brauzerinizdə unikal kuki yerləşdirmək və ya tanımaqla (o cümlədən piksel teqlərindən istifadə edərək) bunu mümkün edir. Onlar mobil telefon və noutbuk kimi, istifadə etdiyiniz bütün cihazlarda sizi tanımaq üçün onlayn istifadəniz barədə məlumatla yanaşı bu texnologiyalardan istifadə edir. Bu təcrübə haqqında daha çox məlumat əldə etmək və bu Məxfilik siyasətinə daxil olduğunuz xüsusi cihazda masaüstü və mobil brauzerlərdə ondan necə imtina etməyi öyrənmək istəyirsinizsə, http://optout.aboutads.info/#/http://optout.networkadvertising.org/#/ səhifələrinə daxil olun.
    • Kaliforniya, Kolorado, Konnektikut, Yuta və Virciniya ştatlarının sakinləri bu reklamdan imtina etmək hüququndan istifadə edə bilər ("Kaliforniyada və digər ştatlarda Məxfilik hüquqları" bölməsində təsvir edildiyi qaydada).

ŞƏXSİ MƏLUMATLARIN AÇIQLANMASI İLƏ BAĞLI SEÇİMLƏRİNİZ

Biz sizə marketinq məqsədləri üçün Şəxsi məlumatlarınızın istifadəsi və açıqlanması ilə bağlı seçim imkanı veririk.  ABŞ-nin xüsusən Kaliforniya, Kolorado, Konnektikut, Oreqon, Texas, Yuta və Virciniya kimi bəzi ştatlarının, həmçinin ABŞ xaricindəki ölkələrin sakinləri əlavə hüquqlara malik ola bilər (aşağıda "Ştata xas Məxfilik hüquqları" və "Ölkəyə xas Məxfilik hüquqları"bölmələrində təsvir edildiyi qaydada).

Siz aşağıdakılara abunəlikdən imtina edə bilərsiniz:

  • Bizdən elektron məktubların alınması:Artıq bizdən marketinq xarakterli elektron məktublar, mətn mesajları və ya SMS mesajları almaq istəmirsinizsə, hər mesajın sonunda verilən təlimatlara əməl edərək və ya İstehlakçılarla münasibətlər şöbəsi ilə əlaqə saxlayaraq onlardan imtina edə bilərsiniz.
  • Bizdən məlumatlandırıcı bildirişlərin alınması: Artıq məlumatlandırıcı bildirişlər almaq istəmirsinizsə, cihazınızın parametrlərindən bu bildirişləri qeyri-aktiv edə bilərsiniz.
  • Peşəkar xidmətlərimizlə bağlı marketinq mesajlarının alınması: Peşəkar xidmətlərimizdən istifadə edir, lakin bizdən marketinq mesajları almaq istəmirsinizsə, İstehlakçılarla iş şöbəsinə . müraciət edərək onlardan imtina edə bilərsiniz. Sorğunuzda adınızı və artıq bizdən məktub almaq istəmədiyiniz ünvanınızı göstərin.
  • Şəxsi məlumatlarınızın birbaşa marketinq məqsədilə törəmə şirkətlərə və ya filiallara ötürülməsi: Şəxsi məlumatlarınızın gələcəkdə birbaşa marketinq məqsədilə törəmə şirkətlərimiz və ya filiallarımıza ötürülməsini dayandırmağı seçdiyiniz halda, İstehlakçılarla iş şöbəsinə müraciət edərək bu cür paylaşımdan imtina edə bilərsiniz.
  • Şəxsi məlumatlarınızın birbaşa marketinq və ya təhlil məqsədilə tərəfimizdən üçüncü tərəflərə ötürülməsi: Şəxsi məlumatlarınızın gələcəkdə birbaşa marketinq məqsədilə törəmələrimiz olmayan üçüncü tərəflərə ötürülməsini dayandırmağı seçdiyiniz halda, İstehlakçılarla iş şöbəsinə müraciət edərək bu cür paylaşımdan imtina edə bilərsiniz.

Ən qısa və mümkün zamanda sorğularınızı cavablandırmağa çalışacağıq. Nəzərə alın ki, bizdən marketinq mesajları almaqdan imtina etsəniz, biz yenə də sizə imtina edə bilməyəcəyiniz vacib inzibati və ya əməliyyat mövzulu mesajlar göndərə bilərik.

 

ŞƏXSİ MƏLUMATLARINIZI NECƏ QORUYURUQ

Biz təşkilatımızda şəxsi məlumatların qorunması üçün ağlabatan təşkilati, texniki və inzibati tədbirlər tətbiq edir və icazəsiz girişin qarşısını almağa çalışırıq. Təəssüf ki, heç bir məlumat ötürmə və ya saxlama sisteminin 100% təhlükəsiz olmasına zəmanət verilə bilməz. Bizimlə interaksiyanın artıq təhlükəsiz olmadığını düşünmək üçün əsasınız varsa, İstehlakçılarla iş şöbəsi ilə əlaqə saxlayaraq dərhal bu barədə bizə məlumat verin.

MƏLUMATLARINIZIN SAXLANMA MÜDDƏTİ

Biz Şəxsi məlumatları onların əldə edildiyi məqsəd nəzərə alınaraq və qüvvədə olan qanun və Şirkətin siyasətinə uyğun olaraq lazım olduğu və ya icazə verildiyi müddətə saxlayırıq.

Saxlanma müddətlərini müəyyənləşdirmək üçün istifadə olunan meyarlar:

  • Xidmətləri sizə təqdim etdiyimiz müddət (məsələn, bizdə hesabınız olduğu və ya Xidmətlərdən istifadə etməyə davam etdiyiniz müddət);
  • Sizinlə davam edən münasibətimizin olduğu müddət;
  • Tabe olduğumuz hər hansı bir hüquqi öhdəlik olduqda (məsələn, bəzi qanunlara əsasən əməliyyatlarınızla bağlı qeydlərin silinməsindən öncə müəyyən müddət ərzində saxlanması tələb edilir); və
  • Məlumatların saxlanması hüquqi mövqeyimiz çərçivəsində məqsədəuyğun olduqda (məsələn, qüvvədə olan iddia müddəti, məhkəmə prosesi, dövlət araşdırmaları və ya normativ mülahizələrlə bağlı).

HƏSSAS ŞƏXSİ MƏLUMATLAR

Biz Xidmətlərlə əlaqədar olaraq xüsusilə tələb etmədikcə sizdən Xidmətlərdə və ya onlar vasitəsilə heç bir Həssas şəxsi məlumatınızı (məsələn, sosial sığorta nömrələriniz, irqi və ya etnik mənşəyiniz, siyasi baxışlarınız, din və ya digər inanclarlarınız, biometrik və ya genetik xarakteristikalarınız, kriminal keçmişiniz və ya həmkarlar ittifaqına üzvlük ilə bağlı məlumatlarınız) bizə göndərməməyinizi və açıqlamamağınızı xahiş edirik.

AZYAŞLILARIN/UŞAQLARIN MƏXFİLİYİ – VALİDEYNLƏR VƏ QƏYYUMLAR ÜÇÜN QEYD

Əksi xüsusilə göstərilmədiyi halda, Xidmətlər mövcud qanunvericilikdə müəyyən edilən yetkinlik yaşına çatmayan şəxslər üçün nəzərdə tutulmayıb. Məsələn, ABŞ-də 13 yaşınadək olan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur, AİB-də isə biz Üzv dövlətlərin qanunlarına əməl edir və yetkinlik yaşına çatmayan uşaqlar barədə şəxsi məlumatları bilərək toplamırıq. Yetkinlik yaşına çatmayan uşaqlar barədə Şəxsi məlumatları bizə təqdim etdiyiniz halda, bunun üçün müvafiq səlahiyyətləriniz olduğunu və sorğumuz əsasında bu səlahiyyətinizi bizə sübut edə biləcəyinizi təsdiq edirsiniz. Bizdə 16 yaşından kiçik istehlakçıların şəxsi məlumatlarının satılması və ya ötürülməsi barədə faktiki məlumat yoxdur.

Biz uşaqların məxfiliyinə diqqətlə yanaşırıq. Başa düşürük ki, uşaqların internet və elektron poçtdan istifadəsi Şəxsi məlumatların məxfiliyi və təhlükəsizliyi ilə bağlı xüsusi narahatlıq doğurur. Bütün valideynləri və qəyyumları uşaqlarının internetdəki hərəkətlərini yoxlamağa və nəzarət etməyə çağırırıq.

Uşağınız bizə heç bir Şəxsi məlumat vermədən uşaq platformalarımızda mövcud olan məzmun və fəaliyyətlərin əksəriyyətindən istifadə edə bilər. Məsələn, https://www.colgate.az/colgate-kids səhifəsində Colgate-in uşaqlar üçün olan məhsulları haqqında məlumat, həmçinin uşaqların sağlam vərdişləri inkişaf etdirmələrinə kömək edən təlim videoları təqdim edilir. Bundan əlavə, https://www.colgate.az/power-of-optimism/accessible-oral-care səhifəsində müəllimlər, valideynlər və uşaqlar üçün nəzərdə tutulmuş şifahi tədris materialları, həmçinin uşaqlar üçün maraqlı dərslər təqdim edilir.

Uşağınızı əyləndirmək üçün biz digər saytlara keçidlər verə bilərik. Həmin digər saytlara görə məsuliyyət daşımırıq və bu saytların məxfilik siyasəti ilə tanış olmağınızı tövsiyə edirik.

Bəzən uşaqların müsabiqəyə təqdim olunan sənət işləri kimi göndərişlərini istəyə və qəbul edə və onlardan bəzilərini saytlarımızda yerləşdirilə bilərik. Bu cür göndərişlər həm oflayn, həm də onlayn rejimdə təqdim edilə bilər. Uşaq və ya valideyn bizdən uşağın fotoşəkilini və ya digər Şəxsi məlumatlarını dərc etməyimizi istədikdə biz onlardan imzalanmış valideyn icazəsi və icazə forması tələb edirik. Uşaqlar, məsələn, adi poçt vasitəsilə bizə oflayn göndəriş təqdim etdikdə bizə təqdim etdikləri bütün məlumatları saxlaya bilərik. Valideyn icazəsinin imzalanmış formasını almadığımız halda, dərc etməzdən öncə bütün oflayn materialları yoxlayırıq və onların daxilində ola biləcək hər hansı Şəxsi məlumatı silirik.

Məhdud hallarda, imzalanmış valideyn icazəsi və icazə formasına əsasən uşaqlardan Şəxsi məlumatları topladıqda qüvvədə olan qanunla valideynlərə uşaqlarından topladığımız Şəxsi məlumatları izləmək, düzəltmək, yeniləmək, gizlətmək və/və ya silmək, və/yaxud bu cür Şəxsi məlumatların toplanması, istifadəsi və ya açıqlanmasına davam edilməsi üçün icazə verməmək hüququ verə bilərik. Bu hüquqlardan hər hansı birini istifadə etmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın.

ÜÇÜNCÜ TƏRƏF XİDMƏTLƏRİ

Biz Xidmətlər vasitəsilə həyata keçirilən ödənişlərin emalı üçün üçüncü tərəf ödəniş xidmətindən istifadə edə bilərik. Əgər Xidmətlər vasitəsilə ödəniş etmək istəyirsinizsə, Şəxsi məlumatlarınız bizim tərəfimizdən deyil, bu üçüncü tərəflər tərəfindən toplanacaq və bu Məxfilik siyasəti ilə deyil, üçüncü tərəfin Məxfilik siyasəti ilə tənzimlənəcək. Biz üçüncü tərəf tərəfindən Şəxsi məlumatlarınızın toplanmasına, istifadəsinə və açıqlanmasına nəzarət etmir və bununla bağlı məsuliyyət daşımırıq.

Bu Məxfilik siyasəti hər hansı üçüncü tərəfin, o cümlədən Xidmətlərin keçid etdiyi veb-saytları və ya xidmətləri idarə edən üçüncü tərəfin məxfilik, məlumat və ya digər təcrübələrinə şamil edilmir və biz bununla bağlı məsuliyyət daşımırıq. Xidmətlərə keçid linkinin daxil edilməsi zamanı əlaqəli saytın və ya xidmətin biz və ya törəmə şirkətlərimiz, yaxud filiallarımız tərəfindən təsdiqlənməsi nəzərdə tutulmur.

Bundan əlavə, Tətbiqlər və ya Sosial media səhifələrimiz vasitəsilə və ya onlarla bağlı başqa təşkilatlara açıqladığınız hər hansı Şəxsi məlumatlar daxil olmaqla məlumatların toplanması, istifadəsi, açıqlanması və ya digər təşkilatların və ya istənilən digər tətbiq tərtibatçısı, tətbiq təminatçısı, sosial media platforması təminatçısı, əməliyyat sistemi təminatçısı, naqilsiz xidmət təminatçısı, yaxud cihaz istehsalçısının təhlükəsizlik siyasəti və ya təcrübəsi üçün məsuliyyət daşımırıq.

KALİFORNİYA VƏ BAŞQA ŞTATLARDA MƏXFİLİK HÜQUQLARI

Siz Kaliforniya, Kolorado, Konnektikut, Oreqon, Texas, Yuta və ya Virciniya ştatlarının sakinisinizsə, ştatınızda qüvvədə olan qanuna əsasən sizə aşağıdakılar daxil olmaqla Şəxsi məlumatlarınızla bağlı müəyyən hüquqlar verilir:

  • Şəxsi məlumatların kateqoriyaları, Şəxsi məlumatların toplandığı mənbələrin kateqoriyaları, Şəxsi məlumatların toplanması, satılması və ya paylaşılmasının biznes və ya ticari məqsədləri, Şəxsi məlumatların Colgate tərəfindən açıqlandığı üçüncü tərəflərin kateqoriyaları və Colgate tərəfindən sizin haqqınızda toplanmış xüsusi Şəxsi məlumatlar daxil olmaqla haqqınızda hansı Şəxsi məlumatları topladığımızı, istifadə etdiyimizi, açıqladığımızı və satdığımızı bilmək hüququ.
  • Sizinlə bağlı portativ formatda və texniki cəhətdən mümkün olduğu dərəcədə istifadəyə hazır formatda əlimizdə olan Şəxsi məlumatların nüsxəsini əldə etmək hüququ.
  • Şəxsi məlumatların xarakteri və emal məqsədlərinin nəzərə alınması ilə haqqınızda qeyri-dəqiq şəxsi məlumatların düzəldilməsi hüququ.
  • Müəyyən Şəxsii məlumatların silinməsini tələb etmək hüququ.
  • Veb-saytımızda buraya klikləməklə mümkün ola bilən Şəxsi məlumatlarınızın satışından imtina etmək hüququ.
  • Veb-saytımızda mövcud olan "Bizimlə əlaqə" forması vasitəsilə mümkün ola bilən THəssas şəxsi məlumatlarınızın istifadəsini məhdudlaşdırmaq hüququ .
  • Biz sorğunuzu rədd etdiyimiz halda, qərarımızdan şikayət etmək hüququ.

Kaliforniyada qüvvədə olan qanuna əsasən, bizdən bu Məxfilik siyasətinin tarixindən əvvəlki 12 aylıq dövrdə haqqınızda hansı məlumatları "satmış" və ya "paylaşmış" olduğumuzu göstərmək tələb edilir. Bu Məxfilik siyasətinin qəbul edilməsi tarixindən əvvəlki 12 ay ərzində biz xidmət, statistika və ya digər qiymətli mükafat qarşılığında səlahiyyətli üçüncü tərəflərə müəyyən şəxsi məlumatları açıqlamışıq.

Şəxsi məlumatların kateqoriyaları

Biznes və ya digər icazə verilən məqsədlər üçün müvafiq şəkildə şəxsi məlumatları açıqladığımız üçüncü tərəflərin kateqoriyaları:

İdentifikatorlar:

  • Törəmə şirkətlər
  • Xidmət təminatçıları

İnternet/Şəbəkə fəaliyyəti

  • Törəmə şirkətlər
  • Xidmət təminatçıları

Ticari və ödəniş məlumatları

  • Xidmət təminatçıları
  • Pərakəndə müştərilər/Biznes tərəfdaşları

Məkan məlumatları

  • Xidmət təminatçıları

İstifadəçi tərəfindən yaradılan məzmun

  • Törəmə şirkətlər
  • Xidmət təminatçıları
  • Pərakəndə müştərilər/Biznes tərəfdaşları

Audio/Vizual məlumatlar

  • Törəmə şirkətlər
  • Xidmət təminatçıları
  • Pərakəndə müştərilər/Biznes tərəfdaşlar

Demoqrafik məlumatlar

  • Törəmə şirkətlər
  • Xidmət təminatçıları
  • Pərakəndə müştərilər/Biznes tərəfdaşları

Fiziki xüsusiyyətlər

  • Xidmət təminatçıları

Sağlamlıq məlumatları

  • Xoşagəlməz hadisə baş verdikdə törəmə şirkətlər

Nəticələr

  • Törəmə şirkətlər
  • Xidmət təminatçıları
  • Pərakəndə müştərilər/Biznes tərəfdaşları

Həssas şəxsi məlumatlar

  • Xidmət təminatçıları

Colgate qüvvədə olan qanunlarda müəyyən edilmiş qaydada Həssas şəxsi məlumatları qüvvədə olan qanuna əsasən icazə verilən məqsədlərdən fərqli hər hansı məqsəd üçün istifadə etmir və ya açıqlamır.

Bu Məxfilik siyasətində yuxarıda qeyd edildiyi kimi sizin məlumatlarınızı marketinq məqsədlərilə necə paylaşa biləcəyimiz təsvir edilir. Kaliforniya ştatınının sakinisinizsə, Shine the Light qanunu sizə hər təqvim ili ərzində bir dəfə bizdən üçüncü tərəflərə onların birbaşa marketinq məqsədləri üçün paylaşdığımız hər hansı Şəxsi məlumatınız, o cümlədən bu cür məlumatı paylaşdığımız müəssisələrin adları və ünvanları daxil olmaqla məlumat kateqoriyaları haqqında məlumat tələb etməyə və əldə etməyə icazə verir. Bu məlumatı tələb etmək və ya məxfilik siyasətimiz və Kaliforniya qanunlarına riayət etmək barədə hər hansı başqa sualla bağlı veb-saytımız vasitəsilə bizimlə əlaqə saxlayın.

Sorğuların göndərilməsi

aliforniya, Kolorado, Konnektikut, Oreqon, Texas, Yuta və ya Virciniya ştatlarının sakinisinizsə, ştatınızda qüvvədə olan qanuna əsasən,  buraya klikləməklə İstehlakçılarla iş səhifəmizə keçərək və ya 1-800-468-6502 nömrəsinə pulsuz zəng edərək haqqınızda topladığımız Şəxsi məlumatlardan imtina etmək, onlara düzəliş etmək, silmək və/yaxud bu Şəxsi məlumatlar barədə öyrənmək/onları əldə etmək üçün sorğu göndərə bilərsiniz.

Biz ştatda qüvvədə olan qanunun tələblərinə uyğun şəkildə sizin sorğunuza cavab verəcəyik.  Nəzərə alın ki, biz Kaliforniya ştatından daxil olan sorğulara 12 aylıq müddət ərzində yalnız iki dəfə cavab verə bilərik.

Kimliyinizin doğrulanması

Bu hüquqlardan istifadə edib, bizə sorğu göndərdiyiniz zaman sizdən bizə elektron poçt ünvanınız və ya məhsullarımızın və xidmətlərimizin əvvəlki sifarişlərinin nömrələri kimi əlavə məlumat verməyinizi istəyərək kimliyinizi doğrulayacağıq.  Kimliyinizi doğrulamaq üçün üçüncü tərəf doğrulama xidməti təminatçılarının xidmətlərindən də istifadə edə bilərik.

Şikayət

Kolorado, Konnektikut, Oreqon, Texas və Virciniya ştatlarının sakinləri bizə 1-800-468-6502 nömrəsindən zəng edərək və ya veb-saytımızda mövcud istifadə edərək sorğuları ilə bağlı qəbul etdiyimiz qərardan şikayət edə bilərlər.  Virciniya və Konnektikut ştatı sakinlərinin şikayətlərinə 60 gün ərzində cavab verəcəyik.  Kolorado ştatı sakinlərinin müraciətlərinə 45 gün ərzində cavab verəcəyik.

Qeyri-ayrıseçkilik

Kaliforniya, Kolorado, Konnektikut, Oreqon, Texas, Yuta və ya Virciniya ştatında qüvvədə olan məlumatlarının məxfiliyi qanunlarına əsasən sorğu verdiyiniz halda, biz heç bir şəkildə sizə qarşı ayrıseçkilik etməyəcəyik.  Məsələn, biz endirim və ya digər güzəşt imkanlarınızı rədd etməyəcək, sizə cərimə tətbiq etməyəcəyik, sizə fərqli səviyyəli və fərqli keyfiyyətli güzəşt və ya xidmətlər təklif və təqdim etməyəcəyik.

Avtomatlaşdırılmış qərar qəbulu

Biz ümumiyyətlə avtomatlaşdırılmış qərar qəbuletmə texnologiyasından istifadə etmirik, çünki bu termin ştatın məxfilik qanunları ilə müəyyən edilir. Biz avtomatlaşdırılmış qərar qəbulu texnologiyasından istifadə edəndə bu barədə ayrıca məxfilik bildirişi vasitəsilə sizə məlumat verəcəyik.

Səlahiyyətli nümayəndələr

Şəxsi məlumatlarınızı öyrənmək və ya silmək üçün Səlahiyyətli nümayəndəyə sorğu göndərmək icazəsi verə bilərsiniz.  Sizin adınızdan sorğu aldığımız halda, həmin şəxsdən bizə bu şəxsə sizin adınızdan sorğu vermək üçün yazılı icazə verdiyinizin sübutunu təqdim etməsini xahiş edəcəyik.  Həmin şəxs sizin icazənizin yazılı sübutunu təqdim edə bilmədikdə Şəxsi məlumatlarınızı qorumaq üçün onun sorğusunu rədd edəcəyik.

YURİSDİKSİYA VƏ SƏRHƏDLƏRARASI ÖTÜRÜLMƏ

Beynəlxalq səviyyədə fəaliyyət göstərdiyimizi nəzərə alaraq, Şəxsi məlumatlarınızın emalı Şəxsi məlumatlarınızın beynəlxalq səviyyədə ötürülməsini ehtiva edə bilər. Şəxsi məlumatlarınız obyektlərimiz olan və ya xidmət təminatçıları ilə əməkdaşlıq etdiyimiz istənilən ölkədə saxlanıla və emal edilə bilər və Xidmətlərdən istifadə etməklə siz Şəxsi məlumatlarınızın yaşayış ölkəniz xaricində olan ölkələrə, sizin ölkənizdən fərqli olan və ya onlara bənzəməyən məlumat mühafizəsi qaydaları olan ölkələrdəki şirkətlərə ötürüləcəyini anlayırsınız. Müəyyən hallarda həmin ölkələrdə fəaliyyət göstərən məhkəmələr, hüquq-mühafizə orqanları, tənzimləyici orqanlar və ya təhlükəsizlik orqanları Şəxsi məlumatlarınıza giriş etmək hüququna malik ola bilər. Xidmətlərdən istifadə edərək və Şəxsi məlumatlarınızı təqdim edərək Xidmətlərin ABŞ qanunvericiliyi ilə tənzimləndiyini qəbul edir və Şəxsi məlumatlarınızın ABŞ-də emal edilməsinə razılıq verirsiniz.

ÖLKƏYƏ XAS MƏXFİLİK HÜQUQLARI

ABŞ-dən kənarda yaşayan şəxslərin öz ölkələrinin qanunvericiliyinə əsasən Şəxsi məlumatlarla bağlı aşağıdakılar daxil olmaqla müəyyən hüquqları ola bilər:

  • Şəxsi məlumatlarınızdan necə istifadə etdiyimiz haqqında məlumat əldə etmək hüququ
  • Haqqınızda əlimizdə olan Şəxsi məlumatlara giriş etmək hüququ
  • Unutma/ silmə hüququ
  • Dəyişiklik/ düzəliş hüququ
  • Şəxsi məlumatların razılıq əsasında emalı üçün verilən razılığın istənilən zaman geri götürülməsi hüququ
  • Şəxsi məlumatların qanuni maraqlar əsasında emalına etiraz etmək hüququ
  • Şəxsi məlumatlarınızın emalını məhdudlaşdırmaq hüququ
  • Kuki və digər izləmə texnologiyalarının idarə edilməsi/rədd edilməsi daxil olmaqla Şəxsi məlumatlarınızın üçüncü tərəflərə ötürülməsindən imtina etmək hüququ
  • Məlumatların portativlik hüququ
  • Məlumatların müdafiəsi/nəzarət orqanına şikayət etmək hüququ

Məlumatların məxfiliyinə dair hüquqlarınızın həyata keçirilməsi haqqında daha ətraflı məlumat almaq üçün aşağıya baxın.

Nəzarətçi orqanAvropa İqtisadi Bölgəsi (AİB)

Siz AİB ərazisində yaşayırsınızsa, ölkəniz və regionunuzda, yaxud qüvvədə olan məlumat mühafizəsi qanunlarının pozulduğu yerdə fəaliyyət göstərən məlumat mühafizəsi orqanına şikayətinizi bildirə bilərsiniz. Məlumat mühafizəsi orqanlarının siyahısı burada verilmişdir. 

Yurisdiksiya əsaslı və ya sərhədlərarası məlumat ötürülməsinə gəldikdə isə bəzi qeyri-AİB ölkələri Avropa Komissiyası tərəfindən AİB standartlarına uyğun olaraq məlumatların müvafiq dərəcədə qorunmasını təmin edən ölkələr kimi tanınıb (bu ölkələrin tam siyahısı burada mövcuddur). AİB ölkələrindən Avropa Komissiyasının uyğun hesab etmədiyi ölkələrə məlumat ötürülmələri zamanı Şəxsi məlumatlarınızı qorumaq üçün Avropa Komissiyası tərəfindən qəbul edilmiş standart müqavilə müddəaları kimi müvafiq tədbirlər tətbiq edirik. Bu tədbirlərin bir nüsxəsini buraya klikləməklə əldə etmək olar.

AVSTRALİYA

Avstraliyada yaşayırsınızsa, bu bölmə tətbiq edilir.

Bu cür təşkilatlar 1988-ci il Avstraliya Məxfilik Qanununun (Cth) Colgate təşkilatlarına tətbiq olunduğu dərəcədə Qanunda göstərilən kontrollerlərə dair tələblərə əməl edəcək. Bu Məxfilik siyasətinə uyğun olaraq Şəxsi məlumatlarınızın toplanması, istifadəsi və açıqlanması üçün məsuliyyət daşıyan kontrolleri müəyyənləşdirmək məqsədilə buraya klikləyin.

Aşağıdakı ünvana müraciət edərək sizin haqqınızda əlimizdə olan Şəxsi məlumatlara giriş əldə edə, onları yeniləyə və ya düzəldə bilərsiniz:

Məxfilik üzrə məsul şəxs
Level 29 
420 George St
Sydney NSW 2000, Avstraliya 
E-poçt: PrivacyOfficer_Australia@colpal.com 

Sorğunuzu cavablandıra bilmədiyimiz halda, sizə yazılı bildiriş göndərəcəyik. Hətta sorğu göndərmədiyiniz halda, sizinlə bağlı əlimizdə olan Şəxsi məlumatların qeyri-dəqiq, natamam, köhnəlmiş, qeyri-aktual və ya yanıldıcı olduğuna inanmaq üçün əsasımız olarsa, biz bu məlumatları düzəltmək və ya dəyişdirmək üçün ağlabatan addımlar ata bilərik.

MATERİK ÇİNİ

Materik Çinində (Honkonq Xüsusi İnzibati regionu, Makao Xüsusi İnzibati regionu və Tayvan regionu istisna olmaqla) yaşayırsınızsa, bu bölmə sizə şamil edilir. Bu bölmə Materik Çini (Honkonq Xüsusi İnzibati regionu, Makao Xüsusi İnzibati regionu və Tayvan regionu istisna olmaqla) daxilində müxtəlif kanallar vasitəsilə (həm onlayn, həm də oflayn) Şəxsi məlumatların toplanması zamanı Colgate-Palmolive (China) Co., Ltd. şirkəti və onun filiallarına tətbiq olunur. Bu bölmənin məzmunu ilə Colgate-Palmolive şirkətinin Qlobal Məxfilik Siyasəti arasında hər hansı uyğunsuzluq halında bu bölməyə öncəlik verilməlidir.

Məxfilik hüquqları

Hüquqlarınız və onların həyata keçirilməsinin yolları aşağıda verilmişdir:

  •  Təqdim etdiyimiz xidmətlərin və ya məhsulların əsas və genişləndirilmiş biznes funksiyalarını, hər funksiya üçün toplanan müəyyən şəxsi məlumatları və onların məqsədlərini bilmək hüququ. Müəyyən hallarda (məsələn, tətbiqdən və ya miniproqramdan istifadə edərkən) şəxsi məlumatları toplamaq üçün tələb olunan zəruri icazələri bilmək hüququ, habelə bizim qurduğumuz SDK-ların növləri və adlarını, həmçinin şəxsi məlumatların toplanmasının məqsədləri, növləri və metodlarını bilmək hüququ. Zəruri hallarda bu məlumatın təfərrüatlı açıqlamaları sizə təklif etdiyimiz xüsusi xidmət və ya məhsulların məxfilik siyasətində təqdim olunacaq. Müvafiq olduqda xidmət və ya məhsullardan istifadə edərkən bu siyasətlə tanış olun;
  • Müəyyən şəxsi məlumatları əldə etmək, köçürmək, düzəltmək, tamamlamaq və ya silmək hüququ;
  • Fərdiləşdirilmiş reklam tövsiyələri xidmətindən imtina etmək hüququ;
  • Razılığı ləğv etmək hüququ;
  • Mümkün olduqda hesabınızı qeyri-aktiv etmək hüququ; və
  • Şəxsi məlumatlarınızın müəyyən məhsul və ya xidmətlərlə bağlı necə emal edildiyinin izahını tələb etmək hüququ.

Siz İstehlakçılarla iş şöbəsinə müraciət edərək və ya müəyyən ssenarilərdə şəxsi məlumatlarınızı toplamağa razılıq verdikdə sizə verilən xüsusi metodlardan istifadə edərək yuxarıda göstərilən hüquqlardan istifadə edə bilərsiniz.

Sərhədlərarası ötürmələr

Prinsipcə Materik Çinindəki fəaliyyətimiz zamanı toplanmış və əldə edilmiş şəxsi məlumatları ölkə daxilində saxlayırıq. Şəxsi məlumatlarınızı yalnız sizinlə bağladığımız müqavilənin şərtlərini yerinə yetirmək və ya digər qanuni emal məqsədləri üçün xarici şirkətlərə təqdim edəcəyik. Belə hallarda biz Çin qanunlarının tələblərinə əsasən sizə həmin xarici alıcının adı, əlaqə məlumatları, emal məqsədləri, emal metodları, ona ötürülən şəxsi məlumatların növləri, eləcə də onunla bağlı hüquqlarınızdan istifadə etmək və ayrıca razılığınızı almağa imkan verən üsul və prosedurlar, həmçinin öz üzərimizə götürməli olduğumuz digər öhdəliklər barədə məlumat verəcəyik.

Şəxsi məlumatlarınızı necə qoruyuruq?

Məlumatlarınızı qorumaq və onlara icazəsiz girişin, onların ictimaiyyətə açıqlanması, istifadəsi, dəyişdirilməsi, zədələnməsi və ya itirilməsinin qarşısının alınması məqsədilə standart və ağlabatan şəkildə həyata keçirilən təhlükəsizlik tədbirləri yaratmışıq. Məsələn, [biz şəxsi məlumatların təhlükəsizliyini artırmaq üçün şifrələmə texnologiyasından istifadə edirik; brauzerin və bizim serverin mübadilə etdiyi məlumatlar SSL protokolunun şifrələnməsi ilə qorunur; biz etibarlı izləmə məqsədilə HTTPS protokolu təqdim edirik; şəxsi məlumatlara zərərli hücumların qarşısını almaq üçün etibarlı müdafiə mexanizmlərindən istifadə edirik; yalnız səlahiyyətli şəxslərin şəxsi məlumatlara giriş əldə edə biləcəyinə zəmanət vermək üçün girişə nəzarət mexanizmləri tətbiq edirik. Şəxsi məlumatların mühafizəsinin vacibliyi barədə əməkdaşların məlumatlılığını artırmaq üçün informasiya təhlükəsizliyi və məxfiliyin qorunması üzrə təlim kursları keçiririk. Təşkilati quruluş, sistemin layihələndirilməsi, kadrların idarə edilməsi və məhsul istehsalı texnologiyası baxımından şəxsi məlumatların təhlükəsizliyini artıraraq sənayedə məlumat təhlükəsizliyinin idarə edilməsi üzrə qabaqcıl sistem qurmuşuq.]

Məxfilik siyasətimizin yenilənməsi

Sizə daha keyfiyyətli xidmət göstərmək üçün biznesimiz inkişaf etdikcə Məxfilik siyasətimiz də vaxtaşırı olaraq yenilənəcək. Sizin xüsusi razılığınız olmadan biz bu Məxfilik siyasətində nəzərdə tutulmuş hüquqlarınızı məhdudlaşdırmayacağıq. Yenilənmiş versiyaları nəşr edəcək və bu siyasətdə edilən hər hansı dəyişiklik qüvvəyə mindikdə onu veb-saytımızda dərc edəcəyik və ya məzmunun yenilənməsini digər müvafiq yollarla xatırladacağıq. Məxfilik siyasətinin son dəyişikliklərindən xəbərdar olmaq üçün Colgate-in rəsmi veb-saytına, tətbiqinə və digər məhsul və xidmət portallarına daxil olun. Bu Məxfilik siyasətində əhəmiyyətli dəyişikliklər edildikdə sizə anidən peyda olan pəncərələr, mətn mesajları və ya birbaşa e-məktub kimi, daha nəzərəçarpan bildirişlər təqdim edəcəyik.

Fövqəladə hallarda çevik reaksiya planı

Şəxsi məlumatlarınızın potensial sızması, məhv edilməsi və ya itirilməsi risklərini aradan qaldırmaq üçün fövqəladə hallarda çevik reaksiya komandası yaradılmışdır. Şirkətin təhlükəsizlik hadisələri ilə iş standartlarına uyğun olaraq, itkilərin qarşısını almaq, təhlil etmək, vəziyyətin düzəldilməsi üçün tədbirlər hazırlamaq məqsədilə müxtəlif təhlükəsizlik hadisələrinə dair təhlükəsizliyin təmin edilməsi planları hazırlayıb, pozuntuların izlənməsi və qarşısının alınması üçün müvafiq şöbələrlə əməkdaşlıq edirik. Biz həmçinin sizi qanun və normativ aktların tələblərinə uyğun olaraq vaxtında məlumatlandıracağıq: təhlükəsizlik hadisəsinin ilkin vəziyyəti və mümkün nəticələri, tətbiq etdiyimiz və ya edəcəyimiz tədbirlər, risklərin müstəqil şəkildə qarşısını ala və azalda bilməyiniz üçün tövsiyələr, habelə vəziyyətin düzəldilməsi tədbirləri. Müvafiq vəziyyət barədə e-poçt, məktub, telefon, məlumatlandırıcı bildirişlər və s. vasitəsilə ən qısa zamanda sizə məlumat verəcəyik. Şəxsi məlumatların hər bir subyektini fərdi olaraq xəbərdar etmək çətin olarsa, elanların dərc olunması üçün ağlabatan və səmərəli tədbirlər görəcəyik. Eyni zamanda şəxsi məlumatların təhlükəsizliyi hadisələrinə dair aparılan işlərin gedişatı barədə tənzimləyici orqanlara əvvəlcədən məlumat verəcəyik.

Bizimlə əlaqə

Şirkətimizdə Şəxsi məlumatlarınızın təhlükəsizliyinə görə məsuliyyət daşıyan xüsusi əməkdaşlar çalışır. Şəxsi məlumatlarınızın emalı və ya bu Məxfilik siyasəti ilə bağlı suallarınız və ya şikayətləriniz, yaxud şərhləriniz varsa, İstehlakçılarla iş şöbəsi vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz. Biz kimlik doğrulaması keçirəcək və 15 (on beş) iş günü ərzində sizə cavab verəcəyik. Şəxsi məlumatların qeyri-qanuni emalı haqqında Çin Xalq Respublikasının (Honkonq Xüsusi İnzibati regionu, Makao Xüsusi İnzibati regionu və Tayvan regionu istisna olmaqla) şəxsi məlumatların qorunması üçün məsuliyyət daşıyan departamentlərinə də şikayət və hesabatlar verə bilərsiniz.

YAPONİYA

Yaponiyada yaşayırsınızsa, bu bölmə tətbiq edilir.

Bu Məxfilik siyasətində verilən terminlərin tərifləri aşağıdakı kimidir:

“Şəxsi məlumatlar” dedikdə Şəxsi məlumatların mühafizəsi haqqında Qanunda (2003-cü il tarixli 57 nömrəli Qanun) müəyyən edilmiş "Şəxsi məlumatlar" başa düşülür və bu məlumatlardan şəxsi təkbaşına və ya digər məlumatlarla birlikdə sadə çarpaz yoxlama yolu ilə müəyyən etmək üçün istifadə oluna bilər (lakin bunlar mütləq məlumat bazası və ya ekvivalenti olmaya bilər).

“Həssas şəxsi məlumatlar” və "Həssas şəxsi informasiya" dedikdə kimliyi müəyyən edilə bilən şəxsin irqi, dini etiqadı, sosial statusu, xəstəlik tarixçəsi, məhkumluq barədə qeydləri, cinayət əməli nəticəsində zərərçəkən olması faktı və ya bu şəxsə qarşı ədalətsiz ayrıseçkilik, qərəzlilik və ya digər çətinliklərə səbəb olunmaması üçün Nazirlər Kabinetinin Qərarı ilə xüsusi ehtiyatlılıq tələb edən digər identifikatorlar və ya onların ekvivalentləri başa düşülür.

Şəxsi məlumatların paylaşılması

  • Birgə istifadə

"ŞƏXSİ MƏLUMATLARINIZI NECƏ AÇIQLAYIRIQ?" bölməsində göstərildiyi kimi, Şəxsi məlumatlarınızı törəmə şirkətlərimizlə, filiallarımızla və markalarımızla birlikdə bu Məxfilik siyasətinin "ŞƏXSİ MƏLUMATLARINIZDAN NECƏ İSTİFADƏ EDİRİK?" bölməsində təsvir olunan məqsədlər üçün istifadə edirik. Birgə istifadə olunan Şəxsi məlumatların kateqoriyaları da bu Məxfilik siyasətinin "HANSI ŞƏXSİ MƏLUMATLARI TOPLAYIRIQ?" bölməsində təsvir edilmişdir. Bu birgə istifadə üçün Hill 's-Colgate (Japan) Ltd. məsuliyyət daşıyır. Birgə istifadə haqqında əlavə məlumat almaq üçün bizimlə burada əlaqə saxlayın.

  • Autsorsinq

Biz şəxsi məlumatların emalının bütöv hissəsini və ya bir qismini üçüncü tərəf xidmət təminatçılarına və ya digər üçüncü tərəflərə autsorsinq edə bilərik. Bu cür hallarda biz, məsələn, Şəxsi məlumatların təhlükəsiz idarə olunmasına zəmanət vermək məqsədilə onlarla Şəxsi məlumatların emalına dair müqavilələr bağlamaq yolu ilə bu üçüncü tərəflərə lazımi və müvafiq şəkildə nəzarət edəcəyik.

Sərhədlərarası ötürmələr

Şəxsi məlumatlarınız Yaponiyadan kənara da ötürülə bilər. Hətta Yaponiyanın məlumatların qorunması orqanı olan Şəxsi Məlumatların Müdafiəsi Komissiyası ("PPC") tərəfindən Yaponiya ilə eyni mühafizə rejiminə malik olması tanınmayan ölkələrdə (Yaponca ekvivalent müdafiə rejiminə malik) alıcılar Şəxsi məlumatlarınızın biz daxil olmaqla qrup daxilində mövcud olan ümumi qaydalara və ya fərdi müqavilələrə əsasən qorunacağından əmin ola bilər.

Sərhədlərarası ötürmə ilə bağlı ətraflı məlumat almaq üçün buradan bizimlə əlaqə saxlayın.

Nəzarətçi orqan

Siz şikayətlərinizi PPC-yə də bildirə bilərsiniz.

YENİ ZELANDİYA

Yeni Zelandiyada yaşayırsınızsa, bu bölmə tətbiq edilir.

Biz şəxsi məlumatlarınızı (tibbi məlumatlarınız da daxil olmaqla) 2020-ci il Məxfilik Qanunu və 2020-ci il Tibbi Məlumatların Məxfiliyi Kodeksinin tələblərinə uyğun olaraq toplayacaq, saxlayacaq, istifadə edəcək və ötürəcəyik.  Sizdən toplaya biləcəyimiz məlumatlar, onların istifadə edilə biləcəyi məqsədlər, saxlanma qaydaları və ötürülə biləcəkləri şəxslər barədə məlumatlar bu Qlobal Məxfilik Siyasətində qeyd edilmişdir.

Bundan əlavə, biz sizə aid hər hansı Şəxsi məlumatdan istifadə etməzdən və ya onu açıqlamazdan öncə bu Şəxsi məlumatın dəqiq, aktual, tam, müvafiq və yanıldıcı olmadığına əmin olmaq üçün müvafiq tədbirlər görəcəyik.

Şəxsi məlumatlarınızı necə topladığımıza, saxladığımıza, istifadə etdiyimizə və ya açıqladığımıza dair suallarınız, narahatlıqlarınız və şikayətləriniz varsa və ya şəxsi məlumatlarınıza giriş etmək və ya onları düzəltmək istəyirsinizsə, [insert] ilə əlaqə saxlayın.

Şikayətinizi məxfi şəkildə nəzərdən keçirəcək və araşdırdıqdan sonra vəziyyəti düzəltməyin yollarını müzakirə edəcəyik.  Şikayətinizə ağlabatan müddətdə (və hər halda 2020-ci il Məxfilik Qanunu ilə tələb olunan müddət ərzində) cavab verilməsini təmin edəcəyik".

FİLİPPİN

Filippində yaşayırsınızsa, bu bölmə tətbiq edilir.

Biz müvafiq qaydada 2012-ci il Məlumatların Mühafizəsi haqqında Qanunun Şəxsi məlumatların emalına dair tələblərinə əməl edəcəyik. Şəxsi məlumatlarınıza giriş etmək, onları düzəltmək, silmək və onların emalına etiraz etmək hüququnuz, həmçinin məlumatların portativliyi ilə bağlı hüquqlarınız var. Şəxsi məlumatlarınızı necə topladığımıza, saxladığımıza, istifadə etdiyimizə və ya açıqladığımıza, yaxud emal etdiyimizə dair suallarınız, narahatlıqlarınız və şikayətləriniz varsa və ya məlumat məxfiliyinə dair hüquqlarınızdan istifadə etmək istəyirsinizsə,  privacy_cppi@colpal.com ünvanına yazın.

MƏLUMATLARINIZLA BAĞLI MƏXFİLİK HÜQUQLARINIZDAN İSTİFADƏ QAYDASI

Qüvvədə olan yerli qanunlara uyğun olaraq məlumatların məxfiliyi hüquqlarınızdan istifadə etmək istəyirsinizsə, İstehlakçılarla iş şöbəsinə müraciət edərək bizimlə əlaqə saxlaya bilərsiniz. Biz qüvvədə olan yerli qanuna əsasən sizin sorğunuza cavab verəcəyik.

Təhlükəsizliyiniz məqsədilə biz yalnız bizə sorğunuzu göndərmək üçün istifadə etdiyiniz müəyyən elektron poçt ünvanı ilə əlaqəli Şəxsi məlumatlarla bağlı sorğuları yerinə yetirə bilər və sorğunuzu yerinə yetirməzdən əvvəl kimliyinizi doğrulamalı ola bilərik. Ən qısa və mümkün zamanda sorğunuzu cavablandırmağa çalışacağıq.

Nəzərə alın ki, qeydlər aparmaq və/və ya dəyişiklik və ya silmə istəyinizdən əvvəl başladığınız istənilən əməliyyatı tamamlamaq (məsələn, alış-veriş edəndə və ya kampaniyada iştirak edəndə bu cür alış-veriş və ya kampaniya başa çatana qədər verilmiş Şəxsi məlumatları dəyişə və ya silə bilməzsiniz) və ya imtina tələblərini cavablamaq üçün müəyyən məlumatları saxlamalıyıq.

MƏXFİLİK SİYASƏTİNDƏ YENİLİKLƏR

Bu Məxfilik siyasətinin yuxarı hissəsində "SON YENİLƏNMƏ" yazısı bu Məxfilik siyasətinin son yenilənmə tarixini göstərir. İstənilən dəyişiklik Xidmətlərdə yenidən nəzərdən keçirilmiş Məxfilik siyasəti dərc olunduqdan sonra qüvvəyə minəcək. Bu dəyişikliklər edildikdən sonra Xidmətlərdən istifadə etdiyiniz halda, dəyişdirilmiş Məxfilik siyasətini qəbul etmiş olursunuz.

BİZİMLƏ ƏLAQƏ

Bu Məxfilik siyasətinə uyğun olaraq Şəxsi məlumatlarınızın toplanması, istifadəsi və açıqlanması üçün məsuliyyət daşıyan nəzarətçini müəyyənləşdirmək üçün buraya klikləyin.

Bu Məxfilik siyasəti ilə bağlı hər hansı sualınız olarsa, İstehlakçılarla iş şöbəsi və ya aşağıdakı ilə əlaqə saxlayın:

Colgate-Palmolive şirkəti
Kimə: Ümumi Məlumat Mühafizəsi
300 Park Avenue
New York, NY 10022
Amerika Birləşmiş Ştatları